Yer üzündə ilk dəfə salam verən kim olub? -Maraqlı

Yer üzündə ilk dəfə salam verən kim olub? -Maraqlı

Hazırda oxunan: Yer üzündə ilk dəfə salam verən kim olub? -Maraqlı

224140
Görəsən, bəşər xəlq olunandan ilk dəfə salam verən kim olub?xa0xa0

Moderator.az “Dəyərlər” nəşrinə istinadla bu suala cavab verir.
“Salam” elə kəlmədir ki, məhz müsəlmanlar arasında istifadə olunur və vəhdətin nişanəsi hesab edilir. Hədislərin birində oxuyuruq: “O zaman ki, Allah-Təala mələklərə Adəmə (ə) səcdə etmək əmrini verdi, şeytan səcdə etməkdən boyun qaçırtdı. Allah da şeytana əmr etdi ki, çıxıb getsin və buyurdu: “Qiyamət gününə qədər Mənim lənətim sənə olsun”.
Sonra Həzrət Adəmə (ə) xitab edərək, buyurur: “Onlara de: “Səlamun əleykum və rəhmətullah və bərəkətuh”.
Adəm (ə) onlara salam verdi və mələklər cavabında dedilər: “Allahın salamı və rəhməti sənin üçün də olsun”.
Sonra o zaman ki, Adəm (ə) Allaha tərəf qayıdır, Allah buyurur: “Bu, sənin və övladlarının bundan sonra salamıdır””. (Həvzəh)
Deməli, dünyada ilk dəfə salam verənxa0 elə ilk insan və peyğəmbər Adəm(ə) olub.xa0
İmam Sadiq (ə) buyurur: “Allaha və Peyğəmbərinə (s) ən yaxın insan o kəsdir ki, ilk olaraq salam verər...”
Salam – İslamın bayrağıdır. Ona görə də hər birimiz onu yüksək tutmalı və dostluq və məhəbbət nişanəsi olan bu kəlmənin cavabsız qalmasına imkan verməməliyik.





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO