Fuat Oktay: "Laçını Ankaradan, Ağdaşı İzmirdən ayırmırıq"

Fuat Oktay: "Laçını Ankaradan, Ağdaşı İzmirdən ayırmırıq"

Hazırda oxunan: Fuat Oktay: "Laçını Ankaradan, Ağdaşı İzmirdən ayırmırıq"
224130
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Dost və qardaş Azərbaycan parlamentinin 106 illiyinə həsr olunan konfransda iştirakda məmnunluq hissi keçirirəm. Parlamentlər arasında keçirilən bu cür iclasların önəmi çox böyükdür".

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda keçirilən "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.

O bildirib ki, bu cür konfranslar xalqların mənafeyini qorumaq üçün vacib amildir:

"Bu istiqamətdə Türkiyə-Azərbaycan qardaşlığının rolu isə danılmazdır. Bütün sahələrdəki əlaqələrimiz iki dövlətin deyil, iki qardaşın arasındakı əlaqələr kimi güclü və sağlam irəliləyir. Ona görə də biz həmişə deyirik ki, Laçını Ankaradan, Şuşanı İstanbulda, Şirvanı Bursadan, Ağdaşı İzmirdən ayırmırıq".


"Əlbəttə ki, bu birlik İkinci Qarabağ müharibəsində bir daha ən yüksək səviyyədə özünü göstərdi. Ermənistan və Azərbaycan arasında sülhün təmin olunacağına inanırıq. 44 günlük müharibədən sonra yaranan bu şans Cənubi Qafqazda inkişaf üçün zəmin ola bilər", - deyə parlamentari əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO