Elgiz Alxanov BUNA GÖRƏ həbs olunub

Elgiz Alxanov BUNA GÖRƏ həbs olunub

Hazırda oxunan: Elgiz Alxanov BUNA GÖRƏ həbs olunub

223929

Xəbər verdiyimiz kimi “Həyat üçün şans” reabilitasiya mərkəzinin təsisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, onun həbs olunmasına səbəb sözügedən mərkəzdə müalicə alan pasiyentlərdən birinin işgəncə nəticəsində ölməsidir.
 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.


Həmçinin, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən villalardan birində fəaliyyət göstərən həmin reabilitasiya mərkəzinin qanuni əsaslarla fəaliyyət göstərib-göstərmədiyi də araşdırılır.

Qeyd edək ki, Bakıda və Abşeronda bir neçə reabilitasiya mərkəzləri mövcuddur ki, vətəndaşların müraciəti əsasında narkomaniya və ağ ölümlə mübarizədə onlara köməklik edirlər. Lakin bu tipli müəssisələrdə əvvəllər də bir neçə dəfə ölüm halları qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO