Sərhəddə ƏMƏLİYYAT – Külli miqdarda narkotik AŞKARLANDI – FOTO

Sərhəddə ƏMƏLİYYAT – Külli miqdarda narkotik AŞKARLANDI – FOTO

Hazırda oxunan: Sərhəddə ƏMƏLİYYAT – Külli miqdarda narkotik AŞKARLANDI – FOTO
223303
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
 

Belə ki, noyabr ayının 27-də saat 17:30-da Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 79 kiloqram 450 qram narkotik vasitə (78 kq 400 qram marixuana, 1 kq 50 qram tiryək), 1000 ədəd narkotik tərkibli metadon M-40 və 30 ədəd Tamol-X 225 mg-Tramadol həbləri aşkar olunaraq götürülüb.


Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sərhəddə ƏMƏLİYYAT – Külli miqdarda narkotik AŞKARLANDI – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO