Fuad Muradov komitənin loqosunu dəyişir

Fuad Muradov komitənin loqosunu dəyişir

Hazırda oxunan: Fuad Muradov komitənin loqosunu dəyişir

223298

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) yeni saytı yaradılır.

Moderator.az xəbər verir ki, quruma yeni sədr Fuad Muradov təyin edildikdən sonra Dövlət Komitəsi bununla bağlı loqo seçimi üçün müsabiqə elan edib.xa0xa0
xa0
Müsabiqənin şərtləri:

1. Müsabiqədə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı iştirak edə bilər;

2. Loqo harada yaşamasından asılı olmayaraq, hər bir dünya azərbaycanlısının Azərbycana və Azərbaycançılıq ideologiyasına sadiqliyini, məsuliyyətini,xa0 dünyəvi və müasir inkişaf yolu seçmiş dövlətimizin hər bir azərbaycanlıya görə cavabdehlik daşıdığını özündə ehtiva etməlidir. Ümumilikdə loqoda dövlətçilik, vətəndaş həmrəyliyi kimi mühüm məqamlar əksini tapmalıdır.

3. Loqonun eskizi A4 formatda kağızda, CD disk şəklindəxa0 və ya PDF formatı[email protected] ünvanına və ya Komitənin rəsmi //m.facebook.com/AzDiaspora/?ref=bookmarks facebook ünvanına təqdim edilməlidir.

4. Müsabiqənin qalibinə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi mükafatı təqdim olunacaq.

5.Müsabiqəxa0 05 May 2018-ci il, saat 18:00-da yekunlaşacaq.

Hazırkı loqonu təqdim edirik:


xa0

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO