MTN generalının azadlıq istəyi yenə RƏDD EDİLDİ - FOTO

MTN generalının azadlıq istəyi yenə RƏDD EDİLDİ - FOTO

Hazırda oxunan: MTN generalının azadlıq istəyi yenə RƏDD EDİLDİ - FOTO
216557
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Doqquz ildən çoxdur, həbsdə olan Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib-red) generalı Elçin Quliyev vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə təkrar müraciət edib.

Bizim.Media Qafqazinfo.az-a istinadən xəbər verir ki, məhkum Quliyev eyni qaydada-cəzasının əksər hissəsini çəkməsini və digər halları nəzərə alaraq, cəzadan şərti olaraq azad edilməsini xahiş edib.
 

Onun müraciətinə Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynli baxıb.


Amma hakim məhkumun müraciətini yenə əsaslı hesab etməyib. Generalın həbsinin davamına qərar verilib.

Qeyd edək ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. General külli miqdarda rüşvətalma, hədə-qorxu ilə tələbetmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və digər ağır cinayətlər ittihamı ilə 10 il 6 ay azadlıqdan məhrum edilib.

MTN generalının azadlıq istəyi yenə RƏDD EDİLDİ - FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO