“Bunu Azərbaycanın ATƏT-dəki öhdəliklərinə sadiqliyinin nümayişi üçün gözəl imkan hesab edirik”

“Bunu Azərbaycanın ATƏT-dəki öhdəliklərinə sadiqliyinin nümayişi üçün gözəl imkan hesab edirik”

Hazırda oxunan: “Bunu Azərbaycanın ATƏT-dəki öhdəliklərinə sadiqliyinin nümayişi üçün gözəl imkan hesab edirik”

213307
“Azərbaycan ATƏT-in Parlament Assambleyasını və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunu növbədənkənar prezident seçkilərini müşahidə etməyə dəvət edib”.xa0

Moderator.az xəbər verir ki, bunu ATƏT PA vitse prezidenti Azay Quliyev tvitter hesabında yazıb.xa0

ATƏT PA rəsmisi əlavə edib ki, “Biz, ATƏT-in müşahidəçi missiyasının iştirakını Azərbaycanın ATƏT-dəki öhdəliklərinə sadiqliyinin nümayişi üçün gözəl imkan hesab edirik”.xa0

Azay Quliyev tərəflərin bu məsələdə məhsuldar əməkdaşlığına ümid etdiyini də qeyd edib.xa0

Xatırladaq ki, ötən həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrliyi ilə keçirilən iclasda Azərbaycanda keçiriləcək prezident seçkiləri müzakirə olunan məsələlərdən biri olub. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ölkə mediasına açıqlamasında bildirib ki, Azərbaycan Avropa təşkilatlarına prezident seçkilərini izləmək üçün dəvət məktubu göndərib. “Hazırda bu məktub nəzərdən keçirilir. Biz ATƏT və DTİHB təcrübəsinə əsaslanırıq. Biz indi ATƏT DTİHB-nin qərarını gözləyirik”.-deyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO