Şəkinin küçə və prospektləri əsaslı təmir edilir - FOTO

Şəkinin küçə və prospektləri əsaslı təmir edilir - FOTO

Hazırda oxunan: Şəkinin küçə və prospektləri əsaslı təmir edilir - FOTO
210494
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəki şəhərinin Heydər Əliyev, M.Ə.Rəsulzadə, İstiqlaliyyat, Azərbaycan, M.F.Axundzadə prospektlərində, N.Nərimanov və digər 6 böyük küçəsində əsaslı təmir işlərinə başlanılıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şəhərin Aydın Məmmədov küçəsində yolun asfalt örtüyü və səkilər yenilənib, küçənin xətlənməsi işləri aparılacaq.

Heydər Əliyev prospektində asfaltlanma işləri aparılıb, yaxın günlərdə yekun üz qatı salınacaq. Rasim Ocaqov küçəsində də asfalt örtüyünün təmiri işləri aparılır, səkilərin bərpası başa çatmaq üzrədir, bu küçədə də asfalt örtüyünün yekun üz qatının salınması nəzərdə tutulur.

Eyni zamanda, Sabit Rəhman küçəsində də yolun qalan hissəsinin təmiri işləri aparılır. Şəhərin M.F.Axundzadə prospektinin aşağı hissəsində köhnə asfalt qatının götürülməsi işlərinə başlanılıb, səkilərin bir hissəsi bərpa edilib. M.Ə.Rəsulzadə prospektində Olimpiya dairəsindən yuxarıya doğru yolun təmiri işlərinə başlanılıb.

Qeyd olunan küçə və prospektlərdə asfaltlanma, səkilərin bərpası işləri ilə yanaşı suötürücü kanalların dərinləşdirilməsi və yenilənməsi işləri aparılır. Aparılan işlərin bir hissəsinin cari ilin sonunadək, qalan işlərin isə gələn il yekunlaşması nəzərdə tutulur.



Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO