Səbinə Salmanova ilk dəfə səs verəcək seçicilərlə görüşüb – FOTO

Səbinə Salmanova ilk dəfə səs verəcək seçicilərlə görüşüb – FOTO

Hazırda oxunan: Səbinə Salmanova ilk dəfə səs verəcək seçicilərlə görüşüb – FOTO
207523
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məlum olduğu kimi, 1 sentyabrda ölkədə VII çağırış Milli Məclisin formalaşması üçün növbədənkənar parlament seçkiləri keçiriləcək. Hazırda namizədlərin təşviqat kampaniyası davam edir. Bu seçkilər həm də bir sıra ilklərin yaşanacağı seçki olduğu üçün maraq daha da yüksəkdir. Bu ilki parlament seçkiləri ilk dəfə olaraq bütöv Azərbaycanda keçiriləcək.

Qeyd edək ki, buna qədər sonuncu Prezident seçkiləri də ilk dəfə bütöv Azərbaycan ərazilərində baş tutub. Növbədənkənar parlament seçkilərində iştirak edən namizədlərin təbliğat-təşviqat kampaniyasında aktivliyin olması yeni formalaşacaq parlamentin işinin daha da yüksək səviyyədə olacağının göstəricisidir. Milli Məclisə seçkilərlə bağlı namizdələrin təşviqat kampaniyası Sumqayıt şəhərində də aktiv şəkildə aparılır.

45 saylı Sumqayıt dördüncü seçki dairəsində də namizədlərin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. 

Bizim.Media xəbər verir ki, Milli Məclisin deputatlığına namizədliyi bu dairədən irəli sürülmüş Səbinə Salmanovanın da seçki kampaniyası öz axarı və seçicilərin aktiv iştirakı ilə davam edir.

Deputatlığa namizdə Səbinə Salmanova bu gün ilk dəfə səs verəcək seçicilərlə görüşüb. Görüş faydalı və qarşılıqlı müzakirə formasında baş tutub. İlk dəfə səs verəcək gənclər onları maraqlandıran, düşündürən məsələlərlə bağlı deputatlığa namizəd Səbinə Salmanovanın mövqeyini öyrənib, öz baxışlarını namizədlə bölüşüblər. Gənclər görüşdən razı qaldıqlarını bildiriblər.

Qeyd edək ki, Səbinə Salmanovanın təşviqat kampaniyası çərçivəsində seçicilərlə keçirdiyi görüşlər böyük izdihamla keçir. Gənclər, qazi və şhid ailələri, qadınlar və müxtəlif seçici kateqoriyasına aid olan vətəndaşlar bu görüşlərə xüsusi maraq göstərirlər.

Səbinə Salmanova ilk dəfə səs verəcək seçicilərlə görüşüb – FOTO - foto 1
Səbinə Salmanova ilk dəfə səs verəcək seçicilərlə görüşüb – FOTO - foto 2
Səbinə Salmanova ilk dəfə səs verəcək seçicilərlə görüşüb – FOTO - foto 3
Səbinə Salmanova ilk dəfə səs verəcək seçicilərlə görüşüb – FOTO - foto 4
Səbinə Salmanova ilk dəfə səs verəcək seçicilərlə görüşüb – FOTO - foto 5
Səbinə Salmanova ilk dəfə səs verəcək seçicilərlə görüşüb – FOTO - foto 6
Səbinə Salmanova ilk dəfə səs verəcək seçicilərlə görüşüb – FOTO - foto 7
Səbinə Salmanova ilk dəfə səs verəcək seçicilərlə görüşüb – FOTO - foto 8

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO