Naxçıvanda nəşi tapılan hərbçimizlə bağlı ÖZƏL TƏFƏRRÜAT 

Naxçıvanda nəşi tapılan hərbçimizlə bağlı ÖZƏL TƏFƏRRÜAT 

Hazırda oxunan: Naxçıvanda nəşi tapılan hərbçimizlə bağlı ÖZƏL TƏFƏRRÜAT 
196739
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verildiyi kimi iyunun 9-da naməlum şəraitdə itkin düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Ceyhun Tofiq oğlu Hüseynovun bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində nəşi aşkar edilib. 

Bizim.Media naməlum şəraitdə nəşi tapılan hərbi qulluqçu ilə bağlı bəzi təfərrüatları əldə edib. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Naxçıvanda itkin düşən əsgərimizin nəşi TAPILDI


Saytımızın əldə etdiyi məlumata görə, əslən Ordubaddan olan Ceyhun Hüseynov Azərbaycan Diplomatik Akademiyasının (ADA) tələbəsi olub. Universitetə yüksək balla daxil olub və qırmzı diplomla bitirib. 

Digər məlumata görə isə ölən hərbçimiz magistratura təhsilini Çində alıb. 

Qeyd edək ki, fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şahidlər dindirilib və müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib. Eyni zamanda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO