Cavanşir körpüsündə söküntü işləri nə yerdədir? – VİDEO 

Cavanşir körpüsündə söküntü işləri nə yerdədir? – VİDEO 

Hazırda oxunan: Cavanşir körpüsündə söküntü işləri nə yerdədir? – VİDEO 
194586
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cavanşir körpüsündə bir neçə gündür ki, başlayan söküntü işləri davam edir.

Bizim.Media “xezerxeber.az”a istinadən xəbər verir ki, ərazidə ağır texnikalar işləyir, eyni vaxtda həm təmizləmə işləri aparılır, həm də söküntü materalları daşınır. 

İş icraçıları bildirdilər ki, söküntü işləri tərtib olunmuş qrafikə uyğun yerinə yetirilir. Əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Bayram günü olmasına baxmayaraq, işlərə fasilə verilməyib.

Həyata keçirilən kompleks işlər çərçivəsində ərazidə nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə müasir infrastruktur yaradılacaq.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, layihənin icrası 4-5 ay ərzində tamamlanacaq.

Qeyd edək ki, uzunluğu 202, eni 17 metr, 12 aşırımdan ibarət olan Cavanşir körpüsü 1962-ci ildə istismara verilmişdi. Yükgötürmə qabiliyyəti müasir normativ yük təsirinə cavab vermədiyi nəzərə alınaraq, sökülməsi məqsədəuyğun hesab edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO