Bəzi ərazilərə yağış, Xınalığa qar yağıb - FAKTİKİ HAVA 

Bəzi ərazilərə yağış, Xınalığa qar yağıb - FAKTİKİ HAVA 

Hazırda oxunan: Bəzi ərazilərə yağış, Xınalığa qar yağıb - FAKTİKİ HAVA 
191154
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mayın 8-i saat 20:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Şahbuz, Gədəbəy, Daşkəsən, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Şəki, Şamaxı, Qobustan, Xaltan, Qusar, Qrız, Göyçay, Ağsu, Şirvan, Oğuz, Qax, Naftalan, Şəmkir, Goranboy, Şabran, Altıağac, Ağdam, Kürdəmir, Yardımlı, Astarada yağış, Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb.

Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunub. Şimal-qərb küləyi arabir Gəncədə 20 m/s, Goranboyda 19 m/s, Mingəçevirdə 18 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17, Naxçıvan MR-da və Aran rayonlarında 18, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyə yaxın isti olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO