“Kütləvi imtahanlar elektronlaşdırılacaq” – Məleykə Abbaszadə 

“Kütləvi imtahanlar elektronlaşdırılacaq” – Məleykə Abbaszadə 

Hazırda oxunan: “Kütləvi imtahanlar elektronlaşdırılacaq” – Məleykə Abbaszadə 
191056
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Kütləvi imtahanlar elektron formada keçiriləcək".

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O, qeyd edib ki, Dövlət qulluğuna və işə qəbul üçün keçirilən imtahanların hamısı bundan sonra elektronlaşdırılacaq:

"Dövlət İmtahan Mərkəzinin yeni açılan imtahan korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər. İndiyə qədər keçirilən 45 növ imtahandan 21 elektron formada keçirilib".

M.Abbaszadə əlavə edib ki, ötən il 7 min şəxs elektron imtahanlarda iştirak edib:

"Bundan sonra həmin rəqəmlər dəyişəcək. Bu il üçün ilkin mərhələdə kontengenti 2000-dən az olan bütün imtahanlar bu binada keçiriləcək. Gələn ilin imtahan cədvəli barədə düşünülür. Bir il ərzində bütün imtahanlardakı kontengentin sayı 10 mindən az olan onların hamısını elektron şəkildə burada keçirəcəyik".

Məleykə Abbaszadə bildirib ki, təkcə regional bölmələrə yox, tədris mərkəzləri və müxtəlif universitetlərlə əlaqələr yaradacayıq:

"Çalışacağıq ki, daha kütləvi imtahanları elektron formada keçirək. Yüksəliş müsabiqəsinin onlayn sessiyası bu həftə burada keçiriləcək. Mayın 13-də başlayır. 5 gün ərzində davam edəcək".

Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO