Xocavənddə partlayıcı vasitələr aşkarlandı - FOTO 

Xocavənddə partlayıcı vasitələr aşkarlandı - FOTO 

Hazırda oxunan: Xocavənddə partlayıcı vasitələr aşkarlandı - FOTO 

189054

Xocavənddə partlayıcı vasitələr aşkar edilib. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, rayonun Güney Xırman kəndi ərazisindəki tikilinin içərisindən 74 müxtəlif növ mina, 74 müxtəlif növ qumbara, 4 TNT partlayıcısı (trotil), 110 partladıcı, 12 mərmi, 23 mindən artıq patron və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. 

Bundan başqa, keçirilən əməliyyat tədbirləri nəticəsində tapdığı sursatı polisə təhvil verməyən şəxs də müəyyən edilərək saxlanılıb. Ondan 60 ədəd avtomat patronu aşkarlanaraq götürülüb. 
Faktlarla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO