Azərbaycan və Qazaxıstan XİN arasında konsulluq məsləhətləşmələri keçirilib - FOTO

Hazırda oxunan: Azərbaycan və Qazaxıstan XİN arasında konsulluq məsləhətləşmələri keçirilib - FOTO

188024

Aprelin 19-da Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Qazaxıstan nümayəndə heyətinə isə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq Xidməti Departamentinin direktoru Akatayev Bauırjan rəhbərlik edib.

Görüşdə, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin, Qazaxıstan tərəfindən isə Qazaxıstan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya Komitəsinin və Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Komitəsinin rəsmiləri iştirak ediblər.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan Qazaxıstanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları barədə müzakirələr aparılıb.
Məsləhətləşmələr çərçivəsində tərəflər, həmçinin Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında miqrasiya, təhsil və digər vacib sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin görülməsini vurğulayıblar.

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətləri tərəfindən görüşün protokolu imzalanıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO