Bir ay boyunca oruc tutanlar qidalanmağa NECƏ davam etsinlər? – Mütəxəssisdən XƏBƏRDARLIQ 

Hazırda oxunan: Bir ay boyunca oruc tutanlar qidalanmağa NECƏ davam etsinlər? – Mütəxəssisdən XƏBƏRDARLIQ 

186563

Ölkəmzidə Ramazan bayramı qeyd olunur. İslam dininin müqəddəs ayı hesab edilən Ramazanda müsəlmanlar bir ay boyunca oruc tutaraq ibadət edirlər.

Ay bitdikdə isə oruc tutan şəxslər gündəlik qaydada qidalanmağa davam edirlər.

Bəs bir ay boyunca eyni saatda qidalanan və oruc tutanlar səhhətlərində narahatlıq yaranmasın deyə normal qidalanmağa nədən başlamalıdırlar?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan qida texnoloqu Ağa Salamov deyib ki, gündə üç dəfə qidalanmaq məsləhət görülmür:

“Orucluq ayında insanlar gün ərzində iki dəfə yemək yeməyə öyrəşirlər. Yəni səhər sahurda və axşam imsakda yemək yeyirlər. Ona görə də birdən-birə üç öyünə keçmək düzgün deyil. Ümumiyyətlə, sağlam qidalanmada üç dəfə yemək yemək məsləhət görülmür, iki dəfə qidalanmaq daha məqsədəuyğundur. Birinci dəfə səhər saatlarında yemək yeyərkən kənd yumurtası, zeytun və ya zeytun yağından hazırlanmış hansısa tərəvəz salatı, kərə yağı, ağartı məhsullarına müraciət etmək lazımdır ki, bütün gün orqanizm tox qalsın. Yaxşı olar ki, naharı bir şorba ilə ötüşdürsünlər. Axşam isə yatmazdan 4 saat əvvəl yüngül zülallar, yəni balıq və toyuq kimi məhsulların istehlak olunmasına diqqət etsinlər. Ət isə qiymə halında olsa yaxşı olar. Rahat həzm sistemi üçün, mədəni birdən-birə yükləməmək tövsiyə olunur”.

Ekspert hesab edir ki, gün ərzində su içmək və lifli məhsullarla qidalanmaq indiki halda orqanizm üçün faydalı olar:

“Gün ərzində su, maye içilməlidir. Qazlı sulardan uzaq durmaq lazımdır. Bunlar fosfor turşusu ilə zəngin olduğuna görə, yaşlılarda sümük əriməsinə, uşaqlarda isə sümük inkişafının qarşısını alır. Suyun miqdarı orqanizmə görə dəyişir. 

Lifli qidalara üstünlük vermək lazımdır. Göyərtidən bol istifadə eləsinlər, ət məhsulları yeyərkən yanında göyərti yemək mütləqdir. Əgər çörək yeyirlərsə, bu, tam buğda unundan olmalıdır. Tam buğda unu su dəyirmanında üyüdülmüş rüşeym, kəpək qismi tərkibində qalan, vitamin və mineralları özündə ehtiva edən undur. Bunun da ölkədə tək-tük satış yerləri var. Güvəndikləri şirkətdən tam buğda unundan hazırlanan çörək alıb yesələr orqanizmə ziyanı olmaz. Çünki burada liflər var, rahat həzm olunur. Zavod çörəyi kimi boş karbohidrat deyil. Onlarda rüşeym, kəpək qismi yoxdur. Olmadığına  görə tərkibində vitanmin və mineralların olmasından da söhbət gedə bilməz. O zaman qaraciyər, mədəaltı vəzi də yüklənir, ürək qan-damar sisteminə, şəkərli diabetlilərə də ziyandır. Orucluqdan sonra isə oruc tutan hər kəsə ziyandır”.

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO