Gənc qızların çoxu niyə ana olmaq İSTƏMİR? – SƏBƏBLƏR 

Gənc qızların çoxu niyə ana olmaq İSTƏMİR? – SƏBƏBLƏR 

Hazırda oxunan: Gənc qızların çoxu niyə ana olmaq İSTƏMİR? – SƏBƏBLƏR 

185450

Azərbaycanda son illərdə uşaq dünyaya gətirməkdən imtina edən gənc ailələrin sayı artıb. Xüsusilə, ailə quran gənc qızlar dünyaya uşaq gətirməyə tələsmirlər.

Bu məsələ ötən həftə Milli Məclisdə də müzakirə olunub, deputat Sabir Rüstəmxanlı bildirib ki, gənc qızlar ana olmaq istəmirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Üç ayda 27 uşaq ÖVLADLIĞA verilib - Kimlər başqalarının uşağına valideyn ola bilməzlər?


O, ailə məsələsi, gender proqramlarının, ailə institutunun nizamlanmasının nəyə xidmət etdiyini, hansı gizli layihənin bir hissəsi olduğunu başa düşə bilmədiyini qeyd edib.

Maraqlıdır, gənc qızları ana olmaqdan çəkindirən nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Əfsanə Rüstəmova deyib ki, qadınların məişət yükü həmişəkindən daha çoxdur:

“Bunları müşahidə edən qız uşaqları hətta oriyentasiyasını belə dəyişməyə razıdır, nəinki evlənmək, evinin qadını olmaq, uşaq dünyaya gətirmək və anasına bənzəmək... Burada əsas məsələ o deyil ki, qadının rolu dəyişib. Əsas məsələ odur ki, qadın özünə aid olmayan məsələlərdə də artıq rol üstlənməyə başlayıb. 

Bunun nəticəsidir ki, hazırda cəmiyyətdə qadın həm lider kimi görünür, sonra evə gəlir qab yuyur, uşağını tərbiyə edir və s. Biz insanın gücünün yox, zamanının məhdudluğunu nəzərə alaraq bunların hamısının eyni effektivlikdə icra oluna biləcəyini bir az sorğulamalıyıq. Həm uşaq doğmaq, həm də karyera qurmaq mümkün deyil. Mütləq ikisindən biri əskik qalacaq. Ola bilməz ki, ikisi də eyni effektivlikdə olsun. 

Belə görünür ki, əslində bu, boşanmaların da sayının artmasına gətirib çıxarır. Tək analar həm işləmək, həm uşaq dünyaya gətirməyin bərabərliyini haqlı olaraq yarada bilmirlər. Belə olan halda onlar maddi ehtiyacı mütləq qarşılanan olmalıdır kimi görürlər deyə artıq bir mənada obrazlarını dəyişirlər. Könüllü seçim olmasa da, hazırkı müşahidə bunu göstərir”.

Psixoloq həm də hesab edir ki, qızların ana olmaq istəməməsinin səbəbi ətrafındakı qadınları xoşbəxt görməmələridir:

“Hazırda cəmiyyətdə marketinq olaraq bizə hamı xoşbəxt olmalıdır fikri aşılanır. Amma bunun psixoloji tərəfini araşdırsaq görərik ki, bu uzun vədəli yox, yəni 24 saatın içində 24 saniyəlik xoşbəxtlik özü əslində çox böyük göstəricidir. Bunun daha çoxunu axtarmağa ehtiyac yoxdur.

Gənc qızların ailə qurmamağının əsas səbəbi onun nümunə götürəcəyi yaş qrupunda uğursuz evliliklər və tək anaların həyat məsuliyyətlərinin çox ağır olmasıdır. Burada sosial layihələr mütləqdir ki, bu tip anaların məişət yükü azaldılsın və ya iş qrafiki fərqli olsun. Məişət qayğısı, maddi sıxıntılar, gələcək təminatının olmaması buna səbəbdir. Çünki indi böyüyən uşaqların maddi resursa olan ehtiyacı əvvəlki uşaqların dövründəki kimi deyil. Şəxslər özlərini evlə təmin edə bilmədikləri üçün o evdə yeni şəxsin əlavə olunmasını məntiqli hesab etmirlər”. 

Günay Şahmar, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO