Şimal bölgəsində ən yüksək nəticə göstərən ŞAGİRDLƏR - FOTO

Hazırda oxunan: Şimal bölgəsində ən yüksək nəticə göstərən ŞAGİRDLƏR - FOTO

185449

Martın 3-də keçirilən buraxılış imtahanında şimal bölgəsinin 2 rayonu üzrə ən yüksək nəticə əldə edən 2 şagirdin adı açıqlanıb.

Bu barədə Bizim.Media-nın sorğusuna  Quba-Xaçmaz Regional Elm və Təhsil idarəsindən açıqlama verilib.

Belə ki, Şabran  şəhərindəki Məmmədağa Nəzirov adına 4 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Sənubər Elnur qızı Xəlilzadə  buraxılış imtahanında rayon üzrə ən yüksək nəticə (296 bal) göstərib.

Siyəzən şəhərindəki Ş.İsmayılov  adına  3 saylı  tam orta  məktəbin  11-ci sinif şagirdi Şükriyyə Avtandil qızı Həsənova isə 295  bal toplayıb.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO