Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Hazırda oxunan: Azərbaycanda bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

183199

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Mingəçevir, Bakı-Şamaxı, Bakı-Zaqatala, Bakı-Oğuz, Bakı-Qəbələ, Sumqayıt-Yalama (Xaçmaz), Quba-Qusar şəhərlərarası, paytaxtın 54 nömrəli şəhərdaxili, 123 və 156 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Bizim.Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 16 aprel saat 17:00-a qədər AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 012-567-99-76, 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri Bakı-Mingəçevir, Bakı-Şamaxı və Bakı-Zaqatala istiqamətlərində 5 Lot üzrə aprelin 30-da, Bakı-Oğuz, Bakı-Zaqatala, Bakı-Qəbələ və Sumqayıt-Yalama (Xaçmaz) istiqamətlərində 4 Lot üzrə mayın 3-də, Quba-Qusar istiqamətində, eləcə də paytaxtın 54 nömrəli şəhərdaxili, 123 və 156 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutları üzrə 4 Lot üzrə mayın 7-də nəzərdən keçiriləcək.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək mümkündür.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO