Şəhidlərin xatirəsi anıldı - FOTO/VİDEO

Şəhidlərin xatirəsi anıldı - FOTO/VİDEO

Hazırda oxunan: Şəhidlərin xatirəsi anıldı - FOTO/VİDEO
178772
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Röyal Məmmədov, Şamxal Abbasov, Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəyli və Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun xatirəsinə həsr edilən anım mərasimləri keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, döyüş yoldaşları, eləcə də digər qonaqların iştirak etdiyi anım mərasimləri çərçivəsində şəhidlərin məzarları ziyarət edilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açaraq şəhidlərimizin şərəfli həyat yolları haqqında məlumat veriblər.

Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirilib.
 



Şəhidlərin xatirəsi anıldı - FOTO/VİDEO - foto 1
Şəhidlərin xatirəsi anıldı - FOTO/VİDEO - foto 2
Şəhidlərin xatirəsi anıldı - FOTO/VİDEO - foto 3
Şəhidlərin xatirəsi anıldı - FOTO/VİDEO - foto 4
Şəhidlərin xatirəsi anıldı - FOTO/VİDEO - foto 5


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO