Şimal bölgəsinin ən yaşlı seçiciləri də səs verdi – FOTO  

Şimal bölgəsinin ən yaşlı seçiciləri də səs verdi – FOTO  

Hazırda oxunan: Şimal bölgəsinin ən yaşlı seçiciləri də səs verdi – FOTO  

177034

Şimal bölgəsində bu gün yaşı 100 və 100-dən çox olan 8 ən yaşlı seçici də öz səsvermə hüququndan yararlanıb. 

Bizim.Media xəbər verir ki, 58 saylı Xaçmaz kənd dairə seçki komissiyasının (DSK) 37 saylı məntəqəsindən Çinartala kənd sakini, 101 yaşlı Xatun Teymurova prezident görmək istədiyi namizədə ona göndərilən qutu vasitəsilə evində səs verib. 

Daha 5 ən yaşlı seçici - 104 yaşlı Meynas Maqsudova 56 saylı Şabran-Xaçmaz dairəsinin Şabranın Ağbaş kəndindəki, 101 yaşlı Züleyxa Ağasiyeva 57 saylı Xaçmaz şəhər dairəsinin Qaraqurdlu, həmyaşıdı Mədinə Əlifxanova Qımılqışlaq kəndindəki, 101 yaşlı Məkkə Əhmədova 55 saylı Siyəzən-Quba -Xızı dairəsinin Qubanın Çiçi kəndindəki, 102 yaşlı Təhminə Nuriyeva 60 saylı Quba-Qusar dairəsinin Davudoba kəndindəki, 100 yaşlı Şahnabat Əlyarova Qusarın Kuzunqışlaq kəndindəki və onun həmyaşıdı Əmrah Əmrahov Qubanın Qımılqışlaq kəndindəki məntəqələrdə öz vətəndaşlıq missiyalarını yerinə yetiriblər.

Onlara daşınan qutu göndərilib. 




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO