Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək

Hazırda oxunan: Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək

176886

Bu gün - fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu seçkilər iqtidar nümayəndələri və jurnalistlər tərəfindən kütləvi informasiya vasitələrində Zəfər seçkisi olaraq da adlandırılıb.

Növbədənkənar prezident seçkiləri 2023- cü il dekabrın 7-də Prezident İlham Əliyevin verdiyi sərəncamla 2024-cü il 7 fevrala təyin edilib.

Seçkidə 7 namizəd mübarizə aparacaq:

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Seçki prosesini izləmək üçün 89 ölkədən akkreditasiyadan keçən 790 beynəlxalq müşahidəçi 72 beynəlxalq təşkilatı təmsil edir.
Prezident seçkiləri ilə əlaqədar 23 mindən artıq Azərbaycan vətəndaşının səs verməsi üçün 37 ölkədəki səfirlik və konsulluqlarımızda 49 seçki məntəqəsi yaradılıb.

Seçkiləri işıqlandırmaq üçün 109 beynəlxalq media qurumundan 216 jurnalist akkreditasiyadan keçib.

Prezident seçkiləri həm də ilk dəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçiriləcək. Azad edilmiş ərazilərdə 23 mindən çox seçici 26 seçki məntəqəsində səs verəcək.

Səsvermə saat 08:00-da başlayacaq, saat 19:00-da başa çatacaq. Seçki günü səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək.

Qeyd edək ki, Azərbaycanda sonuncu Prezident seçkiləri 2018-ci ildə keçirilib.

Belə ki, Qanuna əsasən ölkəmizdə 2018-ci il oktyabrın 10-a təyin edilməli olan seçkilər Prezident İlham Əliyevin 5 fevral 2018-ci il tarixli, Azərbaycanda növbədənkənar Prezident seçkilərinin elan edilməsi ilə bağlı Sərəncamına əsasən 2018-ci il aprelin 11-də baş tutub.
İlham Əliyev 86.02 % səs çoxluğu ilə seçicilərin etimadını qazanaraq, Azərbaycan Prezidenti seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO