Xronika: “Həyətimizin bir hissəsini Yesxabed adında Fransa ermənisinə verdilər” - VİDEO

Xronika: “Həyətimizin bir hissəsini Yesxabed adında Fransa ermənisinə verdilər” - VİDEO

Hazırda oxunan: Xronika: “Həyətimizin bir hissəsini Yesxabed adında Fransa ermənisinə verdilər” - VİDEO

176356

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Bizim.Media xəbər verir ki, “Türkiyədən, Suriyadan erməniləri məcburi aldadıb İrəvana gətirirdilər” adlı veriliş İrəvan və Vedi əsilli Qərbi azərbaycanlı, tanınmış göz həkimi Paşa Musayev- Qəlbinurun həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərinin ana yurdu İrəvan şəhərində, qismən isə ata yurdu Qərbi Azərbaycanın Vedi rayonunun Çimən kəndində keçdiyini deyib:

“Atam Çimən kəndindən, anam İrəvan şəhərindən olub. Ancaq biz ailə olaraq İrəvanda yaşamışıq. Yadımdadır ki, babamın İrəvandakı böyük mülkündə yuxarıda eyvandan “Neftçi” ilə “Ararat”ın oyununa baxırdım. İrəvan bizim şəhərimiz idi. Cəmiyyətdə üst mövqedə olan  insanları müəyyən yollarla məcbur köçürürdülər”.

Onun sözlərinə görə, ailələri və qohumları 1954-1957-ci illərdə  İrəvandan Şəmkirə köçüblər:

“Qərbdən, Avropadan, Türkiyədən, Suriyadan erməniləri məcburi aldadıb İrəvana gətirirdilər ki, oradakı azərbaycanlıları öz əzəli-əbədi Vətənlərindən uzaqlaşdırsınlar. Mənim yadımdadı, qonşuluqda Yesxabed adında Fransa ermənisi var idi. Qonşunun və bizim böyük həyətimizin müəyyən hissəsini kəsib onlara vermişdilər. Onları yerləşdirmək üçün xüsusən azərbaycanlıların torpaq sahələrinin, mülklərinin müəyyən hissəsini Ermənistan hökuməti siyasi məkrlə alıb onlara verirdi”.

P.Qəlbinur erməni daşnaklarının vəhşiliklərindən söz açıb.

“Mən indi də yuxu görəndə çox vaxt İrəvandakı evimizi görürəm. Elə bilirəm ordayıq. Biz ora qayıtmalıyıq, çünki ora bizim Vətənimizdir.  Bizim ruhumuz yalnız oralara bağlıdır. Mən çox əminəm ki, biz Qarabağa qayıtdığımız kimi, o torpaqlarımıza da qayıdacağıq”, - deyə o qeyd edib.                                                                                                                 
Ətraflı videomaterialda:    
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO