Xətai rayonunda qanunsuz silahlar aşkar edilib - FOTO/VİDEO

Xətai rayonunda qanunsuz silahlar aşkar edilib - FOTO/VİDEO

Hazırda oxunan: Xətai rayonunda qanunsuz silahlar aşkar edilib - FOTO/VİDEO

176147

Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar 
edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Amin Çərkəzov saxlanılıb. Həmin şəxsdən 3 ədəd “F-1” qumbarası aşkar edilib.  

Xətai RPİ və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Gündüz Səfərov da qanunsuz silah saxladığı üçün tutulub. Ondan 3 ədəd “Kalaşnikov” markalı  avtomat və 3 ədəd patron darağı aşkar edilib.

Xətai RPİ və 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə tədbir zamanı isə  özündə olan silah-sursatı könüllü polisə təhvil verməyən əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Vüqar İsgəndərov da həmçinin əməliyyat yolu ilə saxlanılıb.
Ondan “Makarov” markalı tapança, patron darağı, 8 ədəd patron və şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkar edilərək götürülüb. Saxlanılan hər 3 şəxs əldə etdikləri silah-sursatı satmaq niyyəti ilə özlərində saxladıqlarını bildiriblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. 
 





Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO