Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin Gəncəyə səfəri başlayıb

Hazırda oxunan: Türk Şurasına üzv dövlətlərin nümayəndə heyətlərinin Gəncəyə səfəri başlayıb

17513

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin nümayəndə heyətlərinin üzvlərinin Gəncəyə səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, səfərdə Türk Şurasına üzv dövlətlərin informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri iştirak edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Türk Şurasının üzvləri Cümə məscidində - YENİLƏNİB - FOTO/VİDEO


Nümayəndə heyətləri 44 gün davam edən Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən Gəncə şəhərində əhalinin sıx yaşadığı əraziyə atılan ballistik raketlər nəticəsində dağılan binalarla tanış olacaqlar.

Qeyd edək ki, nümayəndə heyətinin üzvləri bu gün Ağdam rayonuna səfər ediblər, ermənilərin Ağdam şəhərində törətdikləri dağıntı və vandalizmi öz gözləri ilə görüblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO