DYP sürücülərə MÜRACİƏT ETDİ

DYP sürücülərə MÜRACİƏT ETDİ

Hazırda oxunan: DYP sürücülərə MÜRACİƏT ETDİ
174956
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda respublika ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar əksər bölgələrdə görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb.

Bu barədə Bizim.Media-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Şaxtalı hava nə vaxtadək davam edəcək?


Qeyd edilib ki, dumanlı hava səbəbindən yollarda yaranan məhdudiyyətli görünmənin digər hərəkət iştirakçılarının və nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə maneə yaratdığını, eləcə də gecə saatlarında yolların buz bağlama ehtimalının dəfələrlə artacağını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi xoşagəlməz hadisələrin baş verməməsi üçün sürücülərdən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi, piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO