Qanunsuz dini ədəbiyyat satılması halları aşkarlandı

Qanunsuz dini ədəbiyyat satılması halları aşkarlandı

Hazırda oxunan: Qanunsuz dini ədəbiyyat satılması halları aşkarlandı

174675
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə respublikanın ayrı-ayrı bölgələrində “Dini etqat azadlığı haqqında”x9d qanunla müəyyən edilmiş qaydada satışına razılıq verilmiş dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, dini məzmunlu digər mal və məmulatların müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması hallarının qarşısının alınması məqsədilə tədbirlər həyata keçirir.

DİN-in mətbuat xidmətindən xa0verilən məlumata görə, paytaxtın Nizami, Yasamal, respublikanın Şirvan və Tərtər şəhər, rayonlarında keçirilən belə tədbirlər zamanı dini təyinatlı ədəbiyyat və digər dini məzmunlu məmulatları müvafiq icra hakimiyyəti orqanının razılığı (lisenziya) olmadan satdıqlarına görə 5 nəfər barəsində inzibati xəta haqqında protokollar tərtib olunub.

Həmin şəxslərdən 189 ədəd dini təyinatlı ədəbiyyat, 18 ədəd CD disk aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO