Britaniya Ukraynaya ən böyük hərbi yardımı GÖNDƏRƏCƏK - VİDEO 

Hazırda oxunan: Britaniya Ukraynaya ən böyük hərbi yardımı GÖNDƏRƏCƏK - VİDEO 

173142

Böyük Britaniya  2024-cü ildə Ukraynaya hərbi yardım paketi tədarük edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunak Kiyevdı Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.

Sunak Ukraynaya 3,2 milyard dollar dəyərində ən böyük hərbi yardım paketinin tədarük ediləcəyini açıqlayıb: 

Ukraynaya müharibə başlayandan bəri ən böyük - 2,5 milyard funt sterlinq (3,19 milyard dollar) dəyərində müdafiə yardım paketini elan edirəm. Buraya daha çox zenit texnikası, tank əleyhinə minalar, daha uzun mənzilli raketlər, minlərlə artilleriya mərmisi daxildir”.
Sunak qeyd edib ki, yardım çərçivəsində bu il minlərlə Ukrayna silahlı qüvvələrində xidmət edənlərə Britaniya ordusu tərəfindən hərbi təlimlər keçiriləcək. 
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO