Bakıda ACI MƏNZƏRƏ: Narkomanlar dayanacağı sığınacağa çevirdi - FOTO

Bakıda ACI MƏNZƏRƏ: Narkomanlar dayanacağı sığınacağa çevirdi - FOTO

Hazırda oxunan: Bakıda ACI MƏNZƏRƏ: Narkomanlar dayanacağı sığınacağa çevirdi - FOTO
172843
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda narkoman və tüfeyli həyat tərzi keçirən şəxslər dayanacaqlardan sığınacaq kimi istifadə edirlər.

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılır.

Bildirilir ki, “Nizami” metro stansiyası yaxınlığında “5 mərtəbə” adlanan ərazidə yerləşən qapalı avtobus dayanacağı narkomanların sığınacaq yerinə çevrilib. Sakinlər bu kimi hallara qarşı aidiyyəti qurumları tədbir görməyə səsləyirlər. 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə sorğu ünvanlanıb.

Qurumun mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, dilənçilik, avaralıq və tüfeyli həyat tərzi sürən şəxslərlə bağlı profilaktiki tədbirlər polis əməkdaşları tərəfindən diqqət mərkəzində saxlanılmaqla davam etdirilir:

“Bu şəxslərin öz əməllərini həyat tərzinə çevirməsinin şahidi oluruq. Profilaktiki tədbirlər zamanı polis əməkdaşları tərəfindən bu kimi hallar aşkarlandıqda dərhal aidiyyəti dövlət qurumlarına məlumat verilir, həmin şəxsin təhlükəsizliyi təmin olunmaqla müvafiq tədbirlər görülür”.

Bakıda ACI MƏNZƏRƏ: Narkomanlar dayanacağı sığınacağa çevirdi - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO