Qeyri-peşəkar avtobus sürücülərinin sayı NİYƏ ARTIB? – MARAQLI SƏBƏB

Qeyri-peşəkar avtobus sürücülərinin sayı NİYƏ ARTIB? – MARAQLI SƏBƏB

Hazırda oxunan: Qeyri-peşəkar avtobus sürücülərinin sayı NİYƏ ARTIB? – MARAQLI SƏBƏB

171002

Son dövrlərdə avtobus sürücülərinin narazılığa səbəb olan davranışları tez-tez müşahidə olunur. Bir neçə gün öncə də oxşar halla ratlaşdıq. Belə ki, 175 nömrəli avtobus marşrutunun sürücüsü xəttə olarkən avtobusu yol kənarına çəkərək namaz qılıb. Təbii ki, sürücünün bu addımı sərnişinlərin narazılığına səbəb olub. 

Bəs, narazılıqların bu qədər çox olmasının səbəbi nədir?

Suala aydınlıq gətirmək üçün nəqliyyat üzrə ekspert Elməddin Muradlı ilə həmsöhbət olduq. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, səbəb sürücü çatışmazlığıdır:

“Sürücülərə bu gün özəl şirkətlər yaxşı qiymət, yaxşı dəyər vermir. Sürücülər çəkdikləri əziyyətin haqqını ala bilmirlər. Elə şirkətlər var ki, sürücünü sutkada 10-12 saat işlədir. Əvəzində isə verdiyi əmək haqqı sürücünün ehtiyaclarını qarşılamır. Problem əvvəl də vardı. Amma son vaxtlar narazılıq daha çox artıb. 

Çünki nağdsız ödəniş sisteminə keçəndən sonra sürücülərin “çörəyi kəsilib”. Əvvəllər belə idi ki, sürücü sutka ərzində 400-500 manat dövriyyə edirdi. Bunun da yarısını şirkətə ödəyirdi, yarısı da özünə qalırdı. 

Lakin nağdsız ödəniş sisteminə keçildikdən sonra sürücülərin qazancı 4-5 dəfə azaldı. Əvvəllər aya 2-3 min manat qazanan sürücü indi ən yaxşı halda min manat qazanır. Çoxları isə 700-800 manat maaş alır. Ona görə də son bir neçə ildə peşəkar sürücülərin xaricə axını başlayıb. Məndə olan məlumata görə hazırda Polşada kifayət qədər azərbaycanlı sürücülər var”. 

Elməddin Muradlı qeyd edib ki, bu məsələyə xüsusi diqqət ayrılmalıdır:

“Sürücülərin əmək haqqına şirkətlər yenidən baxmalıdır. Stimullaşdırıcı tədbirlərin sayı artırılmalıdır. Yaxşı haldır ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu yaxınlarda məlumat verdi ki, sözügedən məsələ ilə bağlı plan hazırlanır. Bu plana əsasən sürücülərin təminatı məsələsinə baxılacaq. 

Biz də onu gözləyirik ki, bu məsələyə baxılsın, problem həll edilsin və peşəkar sürücülərin xaricə axınının qarşısı alınsın. Eyni zamanda, sərnişindaşımada xidmətin keyfiyyəti artsın”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO