Cəlilabadda qanunsuz silahlar polisə təhvil verildi

Cəlilabadda qanunsuz silahlar polisə təhvil verildi

Hazırda oxunan: Cəlilabadda qanunsuz silahlar polisə təhvil verildi
169437
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəlilabad rayonun sakinlərindən qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 11 ədəd müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.
Ümumilikdə isə cari ilin əvvəlindən şöbə əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində keçirilən əməliyyat və profilaktiki tədbirlər zamanı 3 ədəd avtomat, 1 ədəd tapança, 59 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO