Misir Mərdanova vəzifə verildi

Misir Mərdanova vəzifə verildi

Hazırda oxunan: Misir Mərdanova vəzifə verildi
16882
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AMEA-nın Fizika-Riyaziyyat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığın­ca­ğının onlayn iclasında AMEA Riyaziyyat və Me­xanika İnstitutunun baş direktoru vəzifəsinə seçkilər keçirilib.

Bizim.Media xəbər verir ki, açıq səsvermədən öncə çıxış edən FRTEB-in Elmi şurasının sədr müavini, akademik Cavad Ab­di­nov qeyd edib ki, AMEA prezidentinin təqdimatına və AMEA Rəyasət Heyətinin 8 yanvar 2021-ci il tarixli qərarına müvafiq olaraq, adıçəkilən vəzifəyə AMEA-nın müxbir üzvü Misir Mərdanovun namizədliyi irəli sürülüb.

Akademik Cavad Abdinov Misir Mərdanovun bioqrafiyası haqqında məlumat verib.

Qeyd edib ki, alim müxtəlif illərdə Bakı Dövlət Universitetinin baş müəl­limi, dosenti, dekan müavini, tədris işləri üzrə pro­rektoru, sonralar isə rektoru vəzifələrində çalışıb. Misir Mərdanov 1998-2013-cü illərdə Azərbaycan Respublikasının Təhsil naziri olub. 2013-cü ildən isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun di­rek­to­rudur.

Onlayn iclasda AMEA-nın müxbir üzvü Misir Mərdanovun elmi və elmi-təşkilati fəaliyyəti Bölmənin həqiqi və müxbir üzvləri tərəfindən geniş müzakirə olunub və yüksək qiymətləndirilib.

Açıq səsvermə ilə AMEA-nın müxbir üzvü Misir Mərdanov AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru vəzifəsinə seçilib və təsdiq edilməsi üçün AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO