“Gənc Fest”in bağlanış mərasimi oldu

“Gənc Fest”in bağlanış mərasimi oldu

Hazırda oxunan: “Gənc Fest”in bağlanış mərasimi oldu

166237

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100, gənclərlə görüşünün 30 illiyinə həsr olunan “Gənc Fest”in bağlanış mərasimi olub.

Bizim.Media xəbər verir ki, Avropa Oyunları Parkında keçirilən tədbirdə Azərbaycanın gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxış edərək festivalın əsas məqsədinin gənclər üçün maraq kəsb edən layihələrin kiçik modelinin göstərilməsi olduğunu vurğulayıb.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov festivalda fəal iştirak edən gənclərə təşəkkürünü bildirib.
“Gənc Fest”də fəallığı ilə seçilən gənclər dörd gün davam edən tədbirdə qazandıqları təcrübədən danışıblar.

Sonda konsert proqramı təşkil olunub. Tanınmış incəsənət ustaları Murad Arifin və Tünzalə Ağayevanın maraqlı ifaları gənclər tərəfindən böyük coşqu ilə qarşılanıb.

Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə baş tutan festivalda iştirakçılar üçün debatlar, effektiv komanda işi, yanğın təhlükəsizliyi, ilkin tibbi yardım, ilkin hərbi hazırlıq, teatr sənəti, polimer gil və müasir incəsənət haqqında master-klaslar təşkil olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO