Daşkəsəndə dağ süxurunu daşıyanlar məsuliyyətə cəlb edildi - FOTO

Daşkəsəndə dağ süxurunu daşıyanlar məsuliyyətə cəlb edildi - FOTO

Hazırda oxunan: Daşkəsəndə dağ süxurunu daşıyanlar məsuliyyətə cəlb edildi - FOTO
166082
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yer təkinin istifadə qaydalarının pozulmasına qarşı monitorinq tədbirləri davam etdirilir. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin  əməkdaşlarının keçirdikləri monitorinq zamanı rayonun Əmirvar kəndi ərazisində qanunsuz olaraq “Kamaz” markalı yük avtomobili ilə  dağ süxurunun daşınması fakt aşkarlanıb. 

Faktla bağlı sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci ( İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə protokol tərtib olunub. 

Bundan başqa şöbə əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional idarəsinin əməkdaşları ilə birlikdə keçirdikləri monitorinq zamanı rayonun Quşçu kəndi qalaqlanmış və yandırılmış məişət tullantıları aşkarlanıb. Faktla ETSN-in əməkdaşları tərəfindən müvafiq sənədləşmə aparılıb.

Daşkəsəndə dağ süxurunu daşıyanlar məsuliyyətə cəlb edildi - FOTO - foto 1
Daşkəsəndə dağ süxurunu daşıyanlar məsuliyyətə cəlb edildi - FOTO - foto 2
Daşkəsəndə dağ süxurunu daşıyanlar məsuliyyətə cəlb edildi - FOTO - foto 3
Daşkəsəndə dağ süxurunu daşıyanlar məsuliyyətə cəlb edildi - FOTO - foto 4
Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO