
- A-
- A
- A+
Cəmiyyət
14:00 / 22.11.2023
2 dəq oxunma
Qudyalçayın üzərindəki körpü bu tarixdə istifadəyə veriləcək - FOTO/VİDEO
Hazırda oxunan: Qudyalçayın üzərindəki körpü bu tarixdə istifadəyə veriləcək - FOTO/VİDEO
165586
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Xaçmaz şəhərində, Qudyalçayın üzərində inşa edilən yeni körpü istifadəyə demək olar ki, hazırdır. Artıq yeni körpünün panelləri yerinə qoyulub, üzərinə beton tökülüb. Hazırda körpünün üzərində hər iki tərəfdə istinad divarları qurulur. Eni 2 metr olan piyada keçidləri də hazırlanır.
Bizim.Media-nın əməkdaşı körpünün üzərində görülən işləri müşahidə edib.
Xaçmaz RİH başçısının müavini Bəxtiyar Osmanovun Bizim.Media-ya verdiyi məlumata görə, yeni körpünün uzunluğu 64, eni 12 mertdir:
"Hazırda son tamamlama işləri görülür".
Onun sözlərinə görə, körpü dekabr ayında sürücülərin istifadəsinə veriləcək.
Xatırladaq ki, Qudyalçay üzərindəki körpü bu il sentyabr ayının 15-də uçub.
Körpü uçandan sonra müəyyən söküntü, hazırlıq işləri görülüb və Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyi dərhal yeni körpünün inşasına başlayıb.
Birbaşa agentliyin sədri Saleh Məmmədovun nəzarətində olan yeni körpünün inşası hava şəraitinin normal olması səbəbindən maksimum sürətlə, həm də keyfiyyətlə aparılıb.
Mütəxəssislərin məlumatına görə, yeni körpünün dayaqları əvvəlki körpüdən daha möhkəm və uzunmüddətli inşa edilib.
İndi Qudyalçayın üzərindəki körpünün dayaqları betondan deyil, dəmirdən qoyulub və içərisi betonla doldurulub.
Bir sözlə, sürücülərin səbrsizliklə gözlədiyi körpü tezliklə istismara veriləcək.
Azərbaycan-Rusiya sərhədinə gedən sürücülər də strateji əhəmiyyətli bu yoldan rahat istifadə edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən





































































































