Paytaxtın iki rayonunda qanunsuz küçə ticarətinə SON QOYULUR - FOTO

Paytaxtın iki rayonunda qanunsuz küçə ticarətinə SON QOYULUR - FOTO

Hazırda oxunan: Paytaxtın iki rayonunda qanunsuz küçə ticarətinə SON QOYULUR - FOTO
165228
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Paytaxtın Nizami və Nəsimi rayonu ərazisində qanunsuz küçə ticarəti yığılır. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, vətəndaşlardan daxil olan müraciətlər əsasında paytaxtın Nizami və Nəsimi Rayon Polis İdarələrinin əməkdaşları tərəfindən küçə ticarəti, antisanitariya, ətraf mühitin çirkləndirilməsi, çirkab suların küçəyə axıdılması və digər hüquqpozmalara qarşı profilaktik tədbirlər keçirilib.

Tədbirlər zamanı səkiləri, eyni zamanda, yol kənarlarını zəbt edərək piyadaların və nəqliyyatın hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradan pərakəndə ticarət, tullantıların qalaqlanması, həmçinin iaşə obyektlərindən çirkab suların küçəyə axıdılması halları polis əməkdaşları tərəfindən aşkarlanaraq aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.
Hüquqpozmalara yol verən şəxslərlə izahedici söhbətlər aparılaraq xəbərdarlıq edilib. DİN-dən o da bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.

Paytaxtın iki rayonunda qanunsuz küçə ticarətinə SON QOYULUR - FOTO - foto 1
Paytaxtın iki rayonunda qanunsuz küçə ticarətinə SON QOYULUR - FOTO - foto 2

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO