Ağsuda 5 yaşayış məntəqəsinə xidmət edən poçt niyə bağlanıb? - FOTO/VİDEO

Ağsuda 5 yaşayış məntəqəsinə xidmət edən poçt niyə bağlanıb? - FOTO/VİDEO

Hazırda oxunan: Ağsuda 5 yaşayış məntəqəsinə xidmət edən poçt niyə bağlanıb? - FOTO/VİDEO
165126
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağsu rayonunun Kalva kənd sakinləri poçt xidmətlərindən yararlana bilmirlər. Səbəb isə bu kənddəki poçt filalının üç aydır ki, bağlı olmasıdır.

Bizim.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, kənddə ilk poçt filialı 1965-ci ildə yaradılıb və yaxınlıqdakı 5 yaşayış məntəqəsində məskunlaşan əhaliyə xidmət göstəririb.

2006-ci ildə isə əhali artımı nəzərə alınaraq burada yeni və müasir poçt binası tikilərək istifadəyə verilib. Lakin 3 ay əvvəl onun fəaliyyətinin dayandırılması 5 kəndin sakinlərini çətin vəziyyətdə qoyub.
Kənd sakinləri qeyd edirlər ki, hər hansı bir poçt xidmətindən yararlanmaq üçün 25-30 kilometr yol qət etməli olurlar. Bu isə həm vaxt itkisi, həm də əlavə xərc deməkdir.

Ağsuda 5 yaşayış məntəqəsinə xidmət edən poçt niyə bağlanıb? - FOTO/VİDEO - foto 3

Məsələ ilə bağlı Kalva kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Vüqar Əfəndiyev bildirib ki, poçt filalının bağlanma səbəbi onun maliyyə dövriyyəsinin aşağı olmasıdır.

Bununla belə, sakinlərin şikayətləri nəzərə alınaraq, Ağsu Rayon İcra Hakimiyətinə və aidiyyəti qrumlara məlumat verilib.

Daha ətraflı videomaterialda:
 


Ağsuda 5 yaşayış məntəqəsinə xidmət edən poçt niyə bağlanıb? - FOTO/VİDEO - foto 1
Ağsuda 5 yaşayış məntəqəsinə xidmət edən poçt niyə bağlanıb? - FOTO/VİDEO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO