Zaqatalada yaralı hərbi qulluqçular ziyarət olunub - FOTO 

Zaqatalada yaralı hərbi qulluqçular ziyarət olunub - FOTO 

Hazırda oxunan: Zaqatalada yaralı hərbi qulluqçular ziyarət olunub - FOTO 

164408

Antiterror tədbirləri zamanı yaralanan müddətli hərbi qulluqçular Elşən Çobanov və Heydər Əliyev uzun müddətli müalicədən sonra evlərinə dönüb.   
 
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə müzəffər Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı yaralananlar sırasında Zaqatalalı oğullar da olub.  

Onlardan ikisi bu günlərdə paytaxtın tibb ocaqlarında müalicədən sonra evlərinə təxliyə olunub.

Rayon rəhbərliyi, ictimaiyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları gənclərlə həmsöhbət olub, onların səhhəti və müalicələri ilə maraqlanıb, ailələrinin problemlərini öyrənib, yardım göstəriblər. 
Görüşlərdə Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından söz açılıb, Ermənistan silahlı birləşmələri üzərində qazanılan inamlı Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza dərin minnətdarlıq ifadə olunub. 


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO