Deputatdan sevindirici XƏBƏR: “Maaşlar ARTIRILACAQ”

Deputatdan sevindirici XƏBƏR: “Maaşlar ARTIRILACAQ”

Hazırda oxunan: Deputatdan sevindirici XƏBƏR: “Maaşlar ARTIRILACAQ”

161282

Maliyyə Nazirliyinin saytında dərc olunan 2024-2027-ci illər üçün büdcə proqnozlarına əsasən, 2027-ci ildə Azərbaycanda orta aylıq əmək 1153 manata çatacaq. Bu ilin yekunları üzrə isə orta aylıq əməkhaqqının 930 manat səviyyəsində olmasıgözlənilir.

Beləliklə, 2027-ci ildə orta aylıq nominal əməkhaqqının artımı cari illə müqayisədə 24% təşkil edəcək.

2024-cü il üçün orta aylıq əməkhaqqı 980 manat, 2025-ci ildə - 1038 manat, 2026-cı ildə - 1095,4 manat səviyyəsində proqnozlaşdırılır. 2023-2027-ci illərdə Azərbaycanda əhalinin nominal pul gəlirləri də artacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Tahir Kərimlinin “müxalifətçiliyə ehtiyac yoxdur” açıqlamasına partiya sədrlərindən REAKSİYA


Maaşlar nə qədər artacaq?
 

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Maliyyə Nazirliyinin proqnozlarına əsasən, 2027-ci ilə qədər dövlət büdcəsində 5 fazilik artımın olması nəzərdə tutulub:

“Burdan da aydın olur ki, büdcəmizin artması nəticəsində ilk növbədə sosial xərclərə əhəmiyyət verilir. Ona görə ki, sosial siyasət hökumətin əsas prioritet məsələlərindən biridir. Bu baxımdan da əmək haqlarının artırılması mümkün olacaq və bu, 2027-ci ilə qədər reallaşacaq”. 

Bəs əməkhaqlarının artırılması inflyasiyaya necə təsir göstərəcək?

Hər il Azərbaycanda inflyasiya həddi qədər əmək haqqının artırıldığını söyləyən deputat, bu il inflyasiyanın 6 faiz həcmində proqnozlaşdırıldığını vurğulayıb:

“Hökumət də buna uyğun olaraq, sosial siyasət həyata keçirir və bahalaşmanın əhalinin gəlirlərinə təsir etməməsinə və şəffaflığın təmin olunmasına çalışır. Üstəlik, bunun qarşısının alınması üçün inzibati tədbirlər görülür. Digər tərəfdən isə dövlət ehtiyatların yaradılması vasitəsilə vətəndaşların həyati əhəmiyyətli xərclərini limitləyir və məhsulların kəskin bahalaşmasının qarşısının alınması üçün tədbirlər görür”. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO