Vaqif Xaçatryan məhkəmədə AĞLADI – VİDEO

Vaqif Xaçatryan məhkəmədə AĞLADI – VİDEO

Hazırda oxunan: Vaqif Xaçatryan məhkəmədə AĞLADI – VİDEO

159641

Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Xaçatryan Vaqif Çerkezoviç 32 ildən sonra hakim qarşısına çıxarılıb. 

Bizim.Media xəbər verir ki, müttəhim məhkəmə zalında göz yaşlarına hakim ola bilməyib. 

Qeyd edək ki, Xaçatryanın üzv olduğu cinayətkar dəstə Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar. 
Qeyd olunan əməllərə görə ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı - hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə - əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib. 

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO