Əhalinin neçə faizi Qarabağ ermənilərinə yardım göstərilməsini dəstəkləyir? – SORĞU 

Əhalinin neçə faizi Qarabağ ermənilərinə yardım göstərilməsini dəstəkləyir? – SORĞU 

Hazırda oxunan: Əhalinin neçə faizi Qarabağ ermənilərinə yardım göstərilməsini dəstəkləyir? – SORĞU 

158993

Ölkə əhalisinin 54,8 faizi Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə humanitar yardım göstərməsini dəstəkləyir.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ölkə əhalisinin neçə faizi Ermənistanla sülh sazişinin imzalanmasını istəyir? – SORĞU 


Məlumatda deyilir ki, Azərbaycan yaxın dövr ərzində Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması istiqamətində zəruri tədbirlər görüb.

Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Xankəndi şəhərində məskunlaşan ermənilərə ilkin mərhələdə 40 ton un göndərilib.

Sentyabrın 26-da Azərbaycan növbəti humanitar yardım çərçivəsində ümumilikdə 40 ton un, gigiyenik vasitələr, tibbi ləvazimatlar və zəruri ehtiyaclarla təmin olunmuş 4 yük avtomobilini və təcili tibbi yardım maşınlarını Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salıb.

Eyni zamanda, bağçaların, təcili tibbi yardım və yanğın-söndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsi məqsədilə 38 ton benzin, 16 ton dizellə dolu növbəti 2 avtomobil, həmçinin daha 30 ton benzin və 34 ton dizel göndərilib.

Sosial Tədqiqatlar Mərkəzi göstərilən humanitar yardımlar barədə ictimai rəyi öyrənmək məqsədilə sorğu keçirib. 

“Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə humanitar yardım göstərməsini dəstəkləyirsinizmi?” sualına respondentlərin 54,8%-i “bəli, dəstəkləyirəm” cavabını verib.

Sorğuda iştirak edən təqribən hər üç nəfərdən biri (34,6%) dəstəkləmədiyini bildirib, 10,6%-i bu barədə rəyini bildirməkdə çətinlik çəkib.

Qeyd edək ki, ötən dövrlə müqayisədə humanitar yardımların dəstəklənməsi ilə bağlı rəylərdə müsbət dinamika qeydə alınıb. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən 08-11 sentyabr tarixlərində keçirilmiş sorğular zamanı yuxarıdakı suala münasibətdə respondentlərin 46,4%-i “bəli, dəstəkləyirəm”, 50,5%-i “xeyr, dəstəkləmirəm” cavabını verib, 3,1%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO