BİZİM TƏQVİM: 19 sentyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 19 sentyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 19 sentyabrda baş vermiş tarixi hadisələr

155803

19 sentyabr tarixində baş vermiş mühüm olaylar:

1. 19 sentyabr 1575-ci ildə Türkiyədə ilk rəsədxana qurulub.

2. 19 sentyabr 1783-ci ildə hava şarında ilk səyahət baş tutub.

3. 19 sentyabr 1841-ci ildə İlk ölkələrarası dəmir yolunun açılışı (Strasburq Bazel) olub.

4. 19 sentyabr 1888-ci ildə dünyada ilk dəfə olaraq Belçikada gözəllik müsabiqəsi keçirilib.

5. 19 sentyabr 1893-ci ildə Yeni Zelandiya Kolonisi, qadınlara səs həqqi tanıyan ilk millət oldmuşdur. Bu tərəqinin başçısı, 1866-cı ildə qadın hərəkətini başladan Keyt Şeperd  idi. 

6. 19 sentyabr 1921- ci ildə Mustafa Kamal paşa marşal rütbəsi alıb. 

7. 19 sentyabr 1931-ci ildə Yaponlar Mancuriyanı işğal edib. 

8. 19 sentyabr 1935-ci ildə Almaniyada Yəhudilərin dövlət xadimi kimi çalışmasını yasaqlanıb.

9. 19 sentyabr 1939-cu ildə Sovet ordusu Vilnüsü işğal edib.

10. 19 sentyabr 1941-ci ildə Alman qoşunları Kiyevi tutur. 

11. 19 sentyabr 1944-ci ildə Finlandiya ilə SSRİ atəşkəs imzalanıb.

12. 19 sentyabr 1951-ci ildə Şimali Atlantika Müqaviləsi Təşkilatı, Türkiyə və Yunanıstanı NATO-ya üzv olmaya dəvət edib. 

13. 19 sentyabr 1985-ci ildə Meksikanın paytaxtı Meksikoda baş verən 8.1 bal gücündə zəlzələ nəticəsində 35 mindən çox insan öldü. 

14. 19 sentyabr 2008-ci ildə Zaqatala aeroportunun açılışı olub.

Sentyabrın 19-da bu tarixi şəxsiyyətlər xatırlanır:

1.19 sentyabr 1911-ci ildə İngilis yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı  Uilyam Cerald Qoldinq (1911-1993) anadan olub. Əsərləri: “Milçəklərin hökmdarı”, “Sərbəst düşmə”, “Varislər”, “Piramida”, “Görünən qaranlıq” və s.

2. 19 sentyabr 1948-ci ildə məşhur ingilis aktyoru Ceremi Ayrons anadan olub. Filmləri: “Fransız leytenantın arvadı”, “Svanın məhəbbəti”, “Həyat dolanbaclarında” (“Oskar”, 1990), “Lolita“ və s.

3. 19 sentyabr 1992-ci ildə görkəmli şərqşünas, filologiya elmləri doktoru adını almış ilk azərbaycanlı qadın-ərəbşünas, professor Aida  İmanquliyeva (10.10.1939 – 1992) vəfat edib. O bir müddət  Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru olub.

4. Azərbaycan bəstəkarı, Azərbaycan SSR və SSRİ xalq artisti Soltan Hacıbəyov 19 sentyabr 1974-cü ildə anadan olub(1919-1974). 

5. 19 sentyabr 1995-ci ildə SSRİ Xalq artisti, bəstəkar Rauf Hacıyev (15.5.1922 - 1995) vəfat edib. Populyar mahnıların, operettaların (“Romeo mənim qonşumdur”, “Dördüncü fəqərə”, “Yol ayrıcında”, “Ordan-burdan”) müəllifidir. «Bir qalanın sirri», «Qara daşlar», «Əhməd haradadır?» və s. filmlərə musiqi yazıb. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.

6. Azərbaycanın Milli Qəhrəmanı Aqil Quliyev 19 sentyabr 1963-cü ildə anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO