
- A-
- A
- A+
Selçuk Bayraktar Bakı Beynəlxalq Astronavtika Konqresində iştirakını TƏSDİQLƏDİ
“Bayraktar TB2” pilotsuz uçuş aparatlarının (PUA) yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Selçuk Bayraktar 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) məlumat yayıb.
Məlumata görə, Bayraktar Bakı Beynəlxalq Astronavtika Konqresi ilə bağlı izləyicilərinə müraciət edib:
“Kosmosun dərinliklərinə gedəcəyimiz, elmi araşdırmaların təqdim olunacağı 74-cü Beynəlxalq Astronavtika Konqresi 2-6 oktyabrda Can Azərbaycanda keçiriləcək. Biz də 500 nəfərlik TEKNOFEST komandası ilə birlikdə burada olacağıq.
Fəza bütün sirləri ilə bizi araşdırmalara sövq edərkən, eyni səma altında Bakıda görüşərik”.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































