Loqosuz forma geyinən şagirdlər məktəbə BURAXILMAYACAQ? – RƏSMİ AÇIQLAMA 

Loqosuz forma geyinən şagirdlər məktəbə BURAXILMAYACAQ? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Loqosuz forma geyinən şagirdlər məktəbə BURAXILMAYACAQ? – RƏSMİ AÇIQLAMA 
155202
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məktəbli formaları ilə bağlı daha bir problem ortaya çıxıb. Belə ki, bəzi məktəb direktorları valideynlərdən tələb edib ki, övladlarına məhz üzərində məktəbin loqosu olan geyimlər alsınlar. 

Yeni tədris ilinə bir gün qalmış belə bir tələblə qarşılaşan valideynlər çıxılmaz durumda qalıblar. Bununla bağlı sosial şəbəkələrdə etiraz dolu paylaşımlar edən valideynlər loqolu geyim tələbinin anlamını çözə bilməyiblər. 

Aydındır ki, məktəbli formalarının seçilməsi ümumi təhsil müəssisəsinin Pedaqoji Şurasının qərarı ilə müəyyən edilir. 

Amma formanın üzərində məktəb loqosunun olmamasına görə şagirdin dərsə buraxılmaması nə dərəcədə doğrudur? 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, məktəbin adının məktəbli formasının üzərində olmasının hər hansı bir ziyanı yoxdur:

“Loqo məktəblərin seçilməsi və ya bir-birlərini tanıması baxımından niyə də pis olsun ki? Bu, normal haldır və həmin loqo adi yapışqan kimi geyimin üzərinə vurula bilər. Bəzən loqo məktəbli geyimin üzərinə tikilmir”.

Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov isə ümumiyyətlə loqolu məktəb forması istehsal etmədiklərini qeyd edib:

“Bizdə heç bir məktəbin loqosu hazırlanmır. Loqo məktəbin öz işidir və onu məktəb vurur. Bizdə loqo ilə məktəbli forması tikilmir. Nə də hansısa məktəbdən sifariş alırıq”, - deyə Etibar Əzimov əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO