Oğuzda torpaq sürüşməsi OLDU – VİDEO  

Oğuzda torpaq sürüşməsi OLDU – VİDEO  

Hazırda oxunan: Oğuzda torpaq sürüşməsi OLDU – VİDEO  
154963
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oğuzda dağ yamacında torpaq sürüşməsi olub. Son günlər yağan aramsız yağışlar nəticəsində Filfilli kəndində dağa yaxın ərazilərdə torpaq sürüşməsi qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dağlıq ərazidən sürüşən torpaq kütləsi elə dağa yaxın yamacda evi olan kənd sakini Eynulla Süleymanovun həyətyanı sahəsinə tökülüb. 

Eynulla Süleymanovun sözlərinə görə, ötən həftə və son iki gündə yağan aramsız leysan yağışları nəticəsində torpaq sürüşməsi baş verib. Bu hadisənin ilk dəfə yaşandığını bildirən kənd sakini gələcəkdə təkrarlanmaması üçün tədbirlərin görülməsini vacib hesab edir. 
Kənd bələdiyyəsindən bildirilib ki, mütəxəssislər baxış keçirəndən sonra sakinin həyətindəki torpaq kütləsi təmizlənəcək. Hazırda yerli orqan və təşkilatların nümayəndələri sürüşmə ərazisindədir. 
 

Tural Rasim oğlu, Bizim.Media, şimal-qərb bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO