Ağsuda şəhid Rüfət Fətəlizadənin xatirəsi anıldı - FOTO 

Ağsuda şəhid Rüfət Fətəlizadənin xatirəsi anıldı - FOTO 

Hazırda oxunan: Ağsuda şəhid Rüfət Fətəlizadənin xatirəsi anıldı - FOTO 

150304

Ağsuda şəhid Fətəlizadə Rüfət Nazim oğlunun anım mərasimi keçirilib. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, eləcə də rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələri iştirak edib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonun Şəhidlər xiyabanında təşkil olunan anım mərasimində iştirakçılar əvvəlcə şəhidin məzarını ziyarət edib, önünə tər qərənfillər düzərək ruhuna dualar oxuyublar. 


Tədbirdə çıxış edənlər şəhidin göstərdiyi qəhrəmanlıqlardan və onun igidliyindən söhbət açıblar. Anım mərasimində vurğulanıb ki, şəhid Fətəlizadə Rüfət Nazim oğlu 1995-ci il fevralın 17-də Ağsu rayonunun Padar kəndində anadan olub.

Rüfət uşaq yaşlarından idmanın boks növü ilə məşğul olub və yaşadığı Rusiyada keçirilən yarışlarda dəfələrlə qalib gələrək Azərbaycan bayrağını yüksəklərə qaldırıb. 


Qeyd olunub ki, Rüfət Fətəlizadə 2014-cü ilin yanvar ayında Ağsu rayonundan həqiqi hərbi xidmətə çağırılıb. O, 9 avqust 2014-ci ildə cəbhənin Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.

Düşmənin həmləsini dəf edərkən qəhrəmancasına şəhid olan əsgər Rüfət Fətəlizadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edilib.

Şəhidin böyüyüb boya-başa çatdığı Padar kəndində onun şərəfinə bulaq inşa olunub və ev muzeyi yaradılaraq ziyarətçilərin istifadəsinə verilib. 











Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO