Hərbi liseylərə və gizir hazırlıq kurslarına qəbul imtahanlarının nəticələri AÇIQLANDI 

Hərbi liseylərə və gizir hazırlıq kurslarına qəbul imtahanlarının nəticələri AÇIQLANDI 

Hazırda oxunan: Hərbi liseylərə və gizir hazırlıq kurslarına qəbul imtahanlarının nəticələri AÇIQLANDI 
149180
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət İmtahan Mərkəzi hərbi liseylərə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna 2023-cü il iyulun 30-da keçirilən qəbul imtahanlarının nəticələrini elan edib. 

DİM-dən Bizim.Media-ya verilən xəbərə görə, imtahanlarda iştirak etmiş abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsviri, həmçinin qiymətləndirmə meyarları ilə buradan tanış ola bilərlər. 

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. 

Hərbi liseylərə qəbul imtahanında iştirakı gözlənilən 1181 abituriyentdən 37 nəfər, digər imtahanda isə iştirakı gözlənilən 118 abituriyentdən 1 nəfər imtahana gəlməyib. 

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 4 avqust 2023-cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 3 avqust saat 12:00-dan 5 avqust saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO