Oğuzda maşın ağaca ÇIRPILDI: Yaralanan var 

Oğuzda maşın ağaca ÇIRPILDI: Yaralanan var 

Hazırda oxunan: Oğuzda maşın ağaca ÇIRPILDI: Yaralanan var 

149152

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib. İdarəetmədən çıxan avtomobil ağaca çırpılan an təkərin altından çıxan daş parçası da yaxınlıqda dayanmış sakini yaralayıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Bucaq kəndi ərazisində hərəkətdə olan Oğuz sakinin idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza anında avtomobilin təkəri altından çıxan daş parçası isə yaxınlıqda dayanmış həmin kənd sakini 63 yaşlı Bəlyar Qafarovu yaralayıb. Hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb, yaralıya ilkin yardım göstərilib.
Daha sonra o, həkimlərin köməyi ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Burada Bəlyar Qafarova tibbi yardım göstərilib. Daha sonra müayinə və müalicəsini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisənin təfərrüatları araşdırılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO