Bu gün DİM növbəti imtahanlar keçirib

Bu gün DİM növbəti imtahanlar keçirib

Hazırda oxunan: Bu gün DİM növbəti imtahanlar keçirib
148643
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 30-da tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Müdafiə Nazirliyinin hərbi liseylərinə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna qəbul imtahanları, həmçinin Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı keçirilib.

DİM-dən Bizim.Media-ya bildirilib ki, hərbi liseylərə və Milli Müdafiə Universitetinin nəzdində gizir hazırlıq kursuna qəbul imtahanlarında yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin yaxın 5 gün ərzində elan olunması nəzərdə tutulur.

XİN-də diplomatik xidmətə qəbul olmaq istəyən namizədlər üçün sınaq imtahanı isə kompüterlər vasitəsilə elektron formada keçirilib və namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda imtahanın nəticələrinə dair arayış təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO