Zaqatalanın bitmək bilməyən KANALİZASİYA PROBLEMİ - FOTO 

Zaqatalanın bitmək bilməyən KANALİZASİYA PROBLEMİ - FOTO 

Hazırda oxunan: Zaqatalanın bitmək bilməyən KANALİZASİYA PROBLEMİ - FOTO 

148331

Zaqatalanın Yuxarı Tala kəndi ərazisindəki çoxmənzili binanın sakinləri artıq illərdir ki, kanalizasiya xəttinin olmaması və bu səbəbdən yaz-yay ayları gələndə ciddi problemlə qarşılaşdıqlarını bildirir. 

Bizim.Media-nın yerli bürosu bildirir ki, 16 mənzilli bu bina 1985-ci ildə inşa edilib. 

Şəfalı məkan idi, hamı həsəd aparırdı...

Dövrünün ən gözəl və səfalı, həm də hər bir təchizatla təmin edilən binalarından biri olub. Lakin 4-5 il olar ki, sakinlər binanın kanalizasiya sisteminin yararsızlığından döymədikləri qapı qalmayıb. 

Bina sakini Almaz Muradova da durumdan şikayətçidir: 

“Artıq neçə illərdir kanalizasiya daşır. Uşaqlar o yana, bu yana keçir. Arada bina sakinləri pul yığıb kanalizasiyanı özümüz açdırırıq. Amma əsas çöldəki iki kanalizasiyadır. Hər ikisi daşır. Neçə dəfə müraciət etmişik. Gəlib bir -iki maşın aparırlar, onun da heç bir təsiri olmur”.

Binanın ümumi kanalizasiya sistemi yoxdur. Sakinlərlə söhbətdən bəlli olur ki, binanın ümumi kanalizasiya sistemi yoxdur. Yaxınlıqda quyu qazılıb, xətlər də o qədər köhnəlib ki, tez-tez dolur. Digər sakin Firəngiz Huşəngova bildirir ki, artıq 35 ildir bu MTS binalarında yaşayırlar. “

“Uzun müddətdir, bu kanalizasiyalardan narazılığımız var. Aşıb-daşır, heyvanlar içinə düşür. Uşaqlar gedib-gələ bilmir. Məktəbə gedirlər çətinliklə, üfunət iyindən durmaq olmur”. 

Yeri gəlmişkən sakinlər elə həyətdə kanalizasiya xəttinin dolduğunu və çirkab suyun həyətə axdığını göstərdilər. 

Digər ciddi bir məsələ isə yağış yağanda buranın suyu kanalizasiyaya dolur və o da daşaraq yaxınlıqdakı böyük arxa tökülür. Beləcə üfunət qoxulu su arx vasitəsi ilə Aşağı Tala kəndinə yönəlir ki, bu da ayrıca bir problem yaradır. 

Bu barədə isə bizə sakin Güləbatın Mehdiyeva danışır. Deyir ki, kanalizasiya quyusunu evimizin qabağında, balkonların qarşısında qazmaq istəyirlər. 

“Biz bina sakinləri də buna qarşıyıq. Balkonların qarşısında quyu olar?- deyə sual edən bina sakininin döymədikləri rəsmi qapı, yazmadıqları ünvan qalmayıb.

Layihə hazırdır, təsdiqi gecikir. 

Rayon Mənzil İstismar İdarəsinin baş mühəndisi Sədulla Əfəndiyev sakinlərin problemindən xəbərdar olduqlarını və bu istiqamətdə iş aparıldığını bildirib:

“MTS ərazisində yerləşən 16 saylı binanın sakinlərinin problem ilə əlaqədar 2021-ci ildə mövcud olan şambodan (kanalizasiya quyusu) rayon icra hakimiyyətinin köməkliyi ilə maşınlar ayrılıb və ordan hardasa 180 kuba yaxın çirkab sular daşımışıq. 2022-ci ildə vətəndaşların şikayətini nəzərə alaraq orada yeni bir şambonun tikintisi nəzərdə tutulub. Həmin şambonun tikilməsi üçün lazım olan sənədlər ekspertizaya göndərilib. Ekspertizadan sonra həmin şamboların layihə sənədləri hazırlanacaq . Daha sonra tender elan olunacaq və qalib şirkət 2023-cü ildə tikintiyə başlayacaq”.

Baş mühəndisin sözlərinə görə layihə təsdiqlənəndən sonra daha irihəcmli quyu qazılmaqla yanaşı həm də birinci kanalizasiya quyusunun bərpası nəzərdə tutulur.

Həmçinin yeni kanalizasiya quyuları ətrafında tədbirlər görüləcək ki, onlar daşıb ətrafa yayılmasın yaxud yaxınlıqdakı arxa tökülüb daha çox fəsadlar yaratmasın. 




















Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO